Hüquqi məlumat
Məxfilik siyasəti
Formalarda paylaşdığın məlumatlara necə yanaşdığımızı sadə dillə izah edirik.
Hansı məlumatları toplayırıq?
Saytdakı formaları — üzvlük, casting və texniki komanda müraciəti, tədbir qeydiyyatı və əlaqə formasını — doldurduqda paylaşdığın məlumatları qəbul edirik: ad, soyad, yaş, şəhər, telefon, e-poçt, sosial şəbəkə hesabları, müraciətin mətni, həmçinin casting müraciətlərində əlavə etdiyin fotolar və linklər.
Məlumatlardan nə üçün istifadə edirik?
- Müraciətlərə baxmaq və uyğun layihə və ya fəaliyyət üçün səninlə əlaqə saxlamaq;
- Tədbir qeydiyyatlarını təşkil etmək;
- Suallarına və təkliflərinə cavab vermək.
Məlumatların reklam məqsədilə üçüncü tərəflərə satılmır və ötürülmür.
Məlumatlar necə saxlanılır?
Müraciətlər yalnız AHƏNG komandasının səlahiyyətli üzvləri üçün əlçatan olan sistemlərdə saxlanılır və məqsədə xidmət etdiyi müddətdə istifadə olunur.
18 yaşdan kiçiksənsə
Müraciət etməzdən əvvəl valideynin və ya qəyyumunla məsləhətləşməyini xahiş edirik. Bəzi layihələrdə iştirak üçün valideyn razılığı tələb oluna bilər.
Sənin hüquqların
İstənilən vaxt sənin haqqında saxlanılan məlumatlarla tanış olmaq, onları düzəltmək və ya silinməsini istəmək hüququn var. Bunun üçün əlaqə səhifəsindən bizə yaz.
Bu mətn AHƏNG Gənclər Birliyi tərəfindən yenilənə bilər. Dəyişikliklər bu səhifədə dərc olunur.
